Rusiyanın raket hücumunda bir ticarət mərkəzi  dağılıb

Ukraynanın ikinci böyük şəhəri Xarkova gecə saatlarında  təşkil edilən  raket hücumu nəticəsində bir ticarət mərkəzinə ciddi ziyan dəyib.

1839738
Rusiyanın raket hücumunda bir ticarət mərkəzi  dağılıb

TRT  xəbər  verir  ki,  “Vostorg” adlı ticarət mərkəzinin binası Rusiya ordusunun hücumu nəticəsində qismən dağılıb. Şəhər cəbhə xəttindən təxminən 30 kilometr aralıda yerləşir.

Ticarət Mərkəzinin meneceri Svetlana Giulina Rusiya qüvvələrinin ticarət mərkəzini birbaşa raketlərlə vurduğunu, hücum nəticəsində xəsarət alan olmadığını, binanın böyük hissəsinin zədələndiyini  bildirib.  

Məlumata  görə  şəhərə dünən gecədən bəri 3 dəfə  raket hücumu  təşkil  edilib.  

 



Әlaqәli Xәbәrlәr