Volodimir Zelenski: "Rusiya 200 mindən çox ukraynalı uşağı oğurlayıb"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın 200 mindən çox ukraynalı uşağı oğurladığını bildirib.

1836647
Volodimir Zelenski: "Rusiya 200 mindən çox ukraynalı uşağı oğurlayıb"
ukrayna çocuklar

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın 200 mindən çox ukraynalı uşağı oğurladığını bildirib.

Rusiyanın 24 fevralda Ukraynaya qarşı başlatdığı müharibə davam edərkən, Zelenski yeni açıqlama verib.

“Rusiya həm böyükləri, həm də uşaqları zorla götürür. Bu, Rusiyanın ən ağır hərbi cinayətlərindən biridir. Rusiya müharibə başlayandan bəri valideynlərindən ayrılmış ümumilikdə 200 mindən çox ukraynalı uşağı oğurlayıb"-deyə Zelenski qeyd edib. 

Rusiyanın bu uşaqları yerindən-yurdundan didərgin saldığını və ucqar ərazilərə yerləşdirdiyini dilə gətirən Vladimir Zelenski deyib:

“Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, insanlara Ukraynanı unutdurmaq və onların geri qayıtmasının qarşısını almaqdır".

Digər tərəfdən, Zelenski "Müharibə başlayandan bu yana işğalçıların hücumları nəticəsində 689 uşaq yaralanıb. Bu rəqəm yalnız bizim müəyyən edə biləcəyimiz bir rəqəmdir. Hazırda işğal edilən bölgələrdən əldə edilən məlumatlar hələ yoxdur” açıqlamasını verib.



Әlaqәli Xәbәrlәr