Peskov embarqonun təsirini azaltmaq üçün cəhd etdiklərini bildirib

Moskvada jurnalistlərə açıqlama verən Dmitri Peskov Avropa bazarının Rusiya nefti üçün vacib olduğunu vurğulayıb.

1836177
Peskov embarqonun təsirini azaltmaq üçün cəhd etdiklərini bildirib

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Avropa İttifaqının (Aİ) Rusiya neftinə embarqo qərarı ilə bağlı “Bu sanksiyalar təbii ki, bütün qitəyə, avropalılara, bizə və bütün qlobal bazara mənfi təsir göstərəcək” deyib.

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Dmitri Peskov Avropa bazarının Rusiya nefti üçün vacib olduğunu vurğulayıb.

Peskov embarqonun təsirini yumşaltmaq üçün cəhd etdiklərini qeyd edib:

"Əlbəttə ki, biz boş yükləri alternativ marşrutlara yönəldirik. Bu, mənfi nəticələri minimuma endirmək məqsədi daşıyan sistemli addımlardır".

Peskov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 8 iyunda Türkiyəyə planlaşdırılan səfərinin Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında İstanbulda mümkün bir görüşə hazırlıq olub-olmaması ilə bağlı suala cavab olaraq "Bütün bunların konteksti eynidir. Deməli, bəli, doğrudan da, buradakı bütün hadisələr vasitəli olaraq bir-birindən asılıdır. Amma hələlik belə bir görüş barədə dəqiq anlayış yoxdur" deyib.

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı danışıqların davam etdiyini bildirən mətbuat katibi Peskov tarixin hələ müəyyən edilmədiyini qeyd edib.

Peskov Amerika Birləşmiş Ştatlarının Ukraynaya yeni silah tədarükü ilə bağlı "Biz hesab edirik ki, ABŞ qəsdən və səylə yanacağın üzərinə benzin töküb. ABŞ son ukraynalı qalana qədər Rusiya ilə mübarizə xəttinə sadiqdir" deyib.

Ukraynaya silah göndərilməsinin sülh danışıqlarına töhfə vermədiyini deyən Dmitri Peskov ABŞ-ın bu istiqamətdəki planlarına mənfi yanaşdıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr