Yaponiya Rusiya əlayhinə sanksiyaları artırır

Yaponiyanın baş naziri Kişida Fumio Ukraynadakı müharibə ilə əlaqədar Rus iş adamları və təşkilatlarına qarşı sanksiyaları genişləndirəcəklərini bildirib.

1822829
Yaponiya Rusiya əlayhinə sanksiyaları artırır

Baş nazir Kişida Avropa ölkələrini əhatə edən səfərinin son günündə Londonda mətbuata verdiyi açıqlamada bu barədə danışıb.

Yaponiyanın Rusiyaya qarşı sanksiyaları artıracağını ifadə edən Baş nazir Ukraynada G-7 ölkələrinin oynadığı rolun əhəmiyyətinə diqqət çəkib. Sülh və asayişin qorunması üçün G-7 həmrəyliyi gücləndirilməlidir deyib. Təxminən 140 nəfərin aktivlərini donduracaqlarını və Rusiya ordusu ilə əməkdaşlıq edən 70 təşkilatın ixracına məhdudiyyətlər tətbiq edəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr