Rusiya Azovstaldan mülki əhalinin təxliyəsi üçün dəhliz açacaq

Rusiya Müdafiə Nazirliyi mülki şəxslərin təxliyəsi üçün humanitar dəhliz açacaqlarını bildirib.

1822226
Rusiya Azovstaldan mülki əhalinin təxliyəsi üçün dəhliz açacaq
Azovstal siviller tahliye.jpg
Azovstal.jpg

Rusiya Müdafiə Nazirliyi 3 gün ərzində müəyyən saatlarda qarşıdurmaları dayandıracaqlarını və Ukraynanın Mariupol şəhərində yerləşən Azovstal Metallurgiya zavodundan mülki şəxslərin təxliyəsi üçün humanitar dəhliz açacaqlarını bildirib.

Nazirlikdən verilən açıqlamada “Rusiya administrasiyasının humanitar prinsiplər əsasında qəbul etdiyi qərara əsasən” Azovstal ərazisində təxliyə dəhlizinin açılacağı bildirilib.

Açıqlamada “Rusiya Silahlı Qüvvələri mayın 5-i, 6-sı və 7-si Moskva vaxtı ilə saat 08:00-dan 18:00-a kimi işçi, qadın və uşaqlardan ibarət mülki şəxslərin Azovstal Metallurgiya zavodunun ərazisindən təxliyəsi üçün humanitar dəhliz açır” ifadəsindən istifadə edilmişdir.

Kiyev administrasiyasının bunun bir daha bəyan edildiyi bildirilən açıqlamada Rusiya hərbi birləşmələri və separatçı qüvvələrin birtərəfli qaydada qarşıdurmaları dayandıraraq təhlükəsiz məsafəyə geri çəkiləcəyi barədə məlumat paylaşılıb.

Bəyanatda təxliyə ediləcək mülki şəxslərin Rusiya Federasiyası ərazisi ilə yanaşı, Kiyev administrasiyasının nəzarətində olan ərazilərə də getməsinə icazə veriləcəyi bildirilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən Mariupoldakı Azovstal Metallurgiya zavodunda aparılan təxliyələr səbəbindən tətbiq edilən atəşkəsi pozan Ukrayna qüvvələrinə hücuma keçdiklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr