“Ukraynanın məqsədi Gürcüstanda Rusiyaya qarşı yeni cəbhələr açmaqdır”, İ.Qaribaşvili

Ukrayna səfirinin Rusiyaya qarşı sanksiya tətbiq etməyən Gürcüstandan geri çağırıldığını xatırladan baş nazir bundan sonra rəsmi Kiyevin ölkəsinə qarşı əsassız ittihamlar irəli sürdüyünü bildirib

1819382
“Ukraynanın məqsədi Gürcüstanda Rusiyaya qarşı yeni cəbhələr açmaqdır”, İ.Qaribaşvili

 

  Gürcüstanın baş naziri İrakli Qaribaşvili iddia edib ki, Ukraynanın yüksək səviyyəli rəsmilərinin məqsədi Moldovada ölkəsi ilə yeni cəbhələr açmaqdır.

  Rusiyanın hücum etdiyi Ukraynadakı son hadisələrlə bağlı danışan Qaribaşvili uzun illər Ukraynada olan və ötən il ölkəsinə qayıdarkən saxlanılan keçmiş prezident Mixail Saakaşvilidən də danışıb.

  Ukrayna səfirinin Rusiyaya qarşı sanksiya tətbiq etməyən Gürcüstandan geri çağırıldığını xatırladan baş nazir bundan sonra rəsmi Kiyevin ölkəsinə qarşı əsassız ittihamlar irəli sürdüyünü bildirib.

  Ukrayna hökumətinin yüksək vəzifəli şəxslərinin məqsədinin Moldova və Gürcüstanda Rusiyaya qarşı yeni cəbhələr açmaq olduğunu söyləyən İrakli Qaribaşvili deyib: "Səfirin geri çağırılması ilə bağlı qərar tamamilə ədalətsizdir. Sonra süd, pendirlə bağlı bəzi ittihamlar eşitdik, indi də buğda haqqında. Üstəlik Ukraynanın yüksək səviyyəli rəsmilərinin Moldovada ikinci cəbhə açmaq istəyi aydındır.

  Ötən ilin oktyabrında ölkəsinə qayıdarkən saxlanılan keçmiş prezident Mixail Saakaşvilinin məqsədi Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək idi. O, ölkədə qeyri-sabitlik yaratmaq və hökuməti devirmək istəyirdi. Bu, işğal olunmuş ölkədə yeni müharibənin başlanması demək idi. Görürsünüzmü, biz hamını hansı çirkin təxribatdan xilas etmişik?

   Bəzi “qondarma” dostlar Gürcüstanda yeni cəbhə yaratmağa çalışır.

  Gürcüstanda ikinci müharibə olmayacaq.

  Xalqımıza dediklərimə görə cavabdehəm.

  Saakaşvili 2008-ci ildə Gürcüstanı Rusiyanın təxribatlarından xilas edə bilmədi. Əmin olun ki, əgər o, hələ də hakimiyyətdə qalsaydı, Gürcüstanda ikinci müharibə olardı və onlar burada ikinci Mariupol törədərdilər.”



Әlaqәli Xәbәrlәr