İKRR-dә PKK-ya mәxsus çox sayda partlayıcı maddә әlә keçirilib

İraq Kürd Regional Rəhbərliyinin (İKRR) Təhlükəsizlik Şurası separatçı terror təşkilatı PKK-nın IKRR-nə qarşı hazırladığı “təhlükəli plan”ın pozulduğunu, çoxlu sayda hərbi sürsatın və partlayıcı maddәnin әlә keçirildiyini açıqlayıb.

1818798

Bu barədə İraq Kürd Regional Rəhbərliyinin Təhlükəsizlik Şurasının  rəsmi Facebook səhifəsində  edilәn paylaşımda bildirilib.

Separatçı terror təşkilatına qarşı keçirilən əməliyyatda Duhok şəhərində bir ton partlayıcı maddə, 10 tank əleyhinə raket sistemi, 23 döyüş tipli pilotsuz uçuş aparatının mühərriki, 1200 qaz maskasının ələ keçirildiyi qeyd edilib.

Açıqlamada  dindirilәn şübhəli Y.A.K.S-nin әlә keçirilәn partlayıcı maddәlәrin YPG-dәn alındığını bildirdiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr