Aydın Maruf: "Bu əməliyyat bölgədə sülh və əmin-amanlıq üçün həyata keçirilir"

Aydın Maruf Türkiyənin İraqın şimalında bölücü terror təşkilatı PKK-ya qarşı əməliyyatının bölgədə sülh və əmin-amanlıq üçün həyata keçirildiyini bildirib.

1818067
Aydın Maruf: "Bu əməliyyat bölgədə sülh və əmin-amanlıq üçün həyata keçirilir"

İraq Kürd Regional Rəhbərliyinin etnik və dini qurumlardan məsul naziri və İraq Türkmən Cəbhəsi (İTC) İcra Heyətinin üzvü Aydın Maruf Türkiyənin İraqın şimalında bölücü terror təşkilatı PKK-ya qarşı əməliyyatının bölgədə sülh və əmin-amanlıq üçün həyata keçirildiyini bildirib. 

İraq türkmənləri olaraq hər zaman Türkiyə Cümhuriyyətinin yanında olduqlarını qeyd edən nazir videomüraciətində Türkiyənin bölücü terror təşkilatı PKK-ya qarşı həyata keçirdiyi "Pəncə-Kilit" əməliyyatını dəyərləndirib.

Aydın Maruf müraciətində deyib ki, Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin son günlər sərhəd bölgəsində PKK terror təşkilatına qarşı həyata keçirdiyi bu əməliyyat haqlı olaraq bölgədə sülh, əmin-amanlıq və birgəyaşayış əməliyyatıdır. İraq türkmənləri olaraq hər zaman Türkiyə Cümhuriyyətinin yanındayıq. Keçmişdən bu günə qədər Türkiyə Cümhuriyyəti bölgədəki insanlara, vətəndaşlara, bütün etnik qruplara və dini qruplara ayrı-seçkilik etmədən hər zaman böyük dəstək və böyük töhfələr verib.

Nazir Maruf mesajında ​​şəhidlərə Allahdan rəhmət diləyib və onların ailələrinə başsağlığı verib.



Әlaqәli Xәbәrlәr