Antonio Quterreş İsrail və Fələstin liderini sakit qalmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş işğal altındakı Qüds bölgəsində hökm sürən gərginliklə bağlı İsrail və Fələstin liderləri ilə telefon danışığı aparıb.

1817295

Bu barədə BMT Baş Katibliyinin mətbuat katibi açıqlama verib.

O, “Quterreş İsrailin Baş naziri Naftali Bennet ilə gərginliyin azaldılması, təxribatların dayandırılması və Qüdsdə xüsusilə müqəddəs məkanların ətrafında sakitliyin bərpası məqsədi ilə telefon danışığı keçirib. BMT-nin müvafiq qətnamələri, beynəlxalq hüquq və əvvəlki razılaşmalar əsasında iki dövlətli həll yoluna dəstəyin davam edəcəyini vurğulayıb” deyib.

Baş katibin sözçüsünün ofisindən yayılan ikinci açıqlamada isə qeyd edilib ki Quterreş Fələstin prezidenti Mahmud Abbas ilə də görüşüb. Baş tutan telefon danışığında gərginliyin azaldılması və işğal olunmuş Fələstin torpaqlarında, xüsusilə də işğal olunmuş ərazilərdə təxribatların dayandırılması istiqamətində atılan addımlar müzakirə edilib. BMT-nin Fələstin Qaçqınlar üzrə Agentliyinin (UNWRA) maliyyə vəziyyəti ilə bağlı narahatlığını daha bir dəfə səsləndirib Quterreş prezident Abbasa bu problemin həlli istiqamətində səylərinin davam edəcəyi barədə söz verib.

Әlaqәli Xәbәrlәr