“Bu gün media imperiyası düşmənin əlindədir və...” İ.Rəisi

İranın İRNA rəsmi informasiya agentliyinin məlumatına görə...

1816964
“Bu gün media imperiyası düşmənin əlindədir və...” İ.Rəisi

 

  İran prezidenti İbrahim Rəisi Əfqanıstanda terror təhlükəsinin bu ölkə və regionda yayılmasından narahatlıqlarını və terror təhlükəsinə qarşı mübarizədə bütün imkanlardan istifadə etməyə hazır olduqlarını bildirib.

  İranın İRNA rəsmi informasiya agentliyinin məlumatına görə, İ.Rəisi Əfqanıstanın bir sıra şəhərlərində məscid və məktəblərə edilən, çox sayda adamın ölümünə səbəb olan terror aktlarını pisləyərək deyib: “Terror təşkilatı DEAŞ-ın (İŞİD) Əfqanıstanda törətdiyi hücumlarla İsrailin işğalı altında olan Şərqi Qüdsdəki Əqsa məscidində fələstinlilərə qarşı hücumlar bir-birinə oxşayır.

  Bu gün media imperiyası düşmənin əlindədir və onlar daima doğrunu haqsız, səhvi doğru kimi yazırlar.  

  Taliban hökumətini bütün əfqanıstanlıların, o cümlədən ölkədəki şiələrin həyatını qorumaq üçün tədbirlər görməyə, cinayətkarları tapmağa və cəzalandırmağa çağırıram.

  Hücumların bölgəyə sıçrama ehtimalına, İrana terror təhlükəsinə qarşı mübarizə aparmaq və bu faciələrin təkrarlanmaması üçün bütün vasitələrdən, eləcə də əməkdaşlıqdan istifadə etməyə hazırıq”.



Әlaqәli Xәbәrlәr