Zelenski ölkəsinin iqtisadi itkilərini açıqlayıb

Prezident Zelenski Ukraynada iqtisadiyyatı bərpa etmək üçün ayda 7 milyard dollara ehtiyac olduğunu deyib.

1816206
Zelenski ölkəsinin iqtisadi itkilərini açıqlayıb

Vladimir Zelenski müharibənin başladığı 24 Fevraldan indiyə kimi Ukraynanın təxminən 550 milyard itirdiyinə diqqət çəkib.

Zelenski BVF və Dünya Bankının yaz sessiyasının tədbirləri çərçivəsində keçirilən dəyirmi masasında iştirakı zamanı: “İlkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard itirib”.

Onun sözlərinə görə, ölkədə iqtisadiyyatı bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac var.

Ukraynanın baş naziri Denis Şmıxal öz növbəsində bildirib ki, bu il dövlətin ÜDM-i 30-50% azala bilər. O əlavə edib ki, xüsusi əməliyyat nəticəsində itkilər, ilkin təhlilə görə, 560 milyard dolları ötür.

 



Әlaqәli Xәbәrlәr