Suriyaya dəstək konfransı Brüsseldə keçiriləcək

Suriyaya dəstək mövzusunda 6-cı konfrans mayın 9-10-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

1816569
Suriyaya dəstək konfransı Brüsseldə keçiriləcək

Suriyaya dəstək mövzusunda 6-cı konfrans mayın 9-10-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Peter Stano mayın 9-10-da “Suriya və Regionun Gələcəyinə Dəstək Konfransı” adlı 6-cı Brüssel Konfransının keçiriləcəyini açıqlayıb.

Stano bildirib ki, iclasda hökumətlərin, beynəlxalq və regional təşkilatların, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək.

Bu görüşün beynəlxalq ictimaiyyətin Suriya xalqı və onlara kömək edən ölkələrə bağlılıqlarını təsdiqləməsi üçün bir fürsət olacağını ifadə edən Stano eyni zamanda suriyalıların səslərini eşitdirmələri üçün fürsət yaradacağını söyləyib.

Bu görüşlər Aİ və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən birgə təşkil olunur və maliyyə yardımı üçün öhdəliklər götürülür.



Әlaqәli Xәbәrlәr