İsrail polisi növbəti dəfə Məscidül-Əqsaya basqın edib

İsrail polisi səhər namazından sonra rezin üzlüklü güllələr və səs bombalarından istifadə edərək Məscidül-Əqsaya basqın edib.

1816183
İsrail polisi növbəti dəfə Məscidül-Əqsaya basqın edib

Basqın əsnasında İşğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsanın həyətinə toplaşan bir qrup fələstinli gənc ilə polis arasında atışma baş verib. İsrail polisi Fələstinli qrupa səs bombaları və rezin üzüklü güllələrlə müdaxilə edib. Bir Fələstinlini saxlayıb.

Fələstin qırmızı aypara cəmiyyətinin məlumatına görə İsrail polisinin müdaxiləsi nəticəsində ən azı 9 fələstinli yaralanıb.

Qeyd edək ki, işğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsada minlərlə müsəlman səhər namazını qılıb.



Әlaqәli Xәbәrlәr