İqor Konaşenkov: ‘‘Ukraynaya mәxsus 14 hәrbi obyekt mәhv edilib’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konoshenkov Ukraynaya mәxsus 14 hәrbi obyekti vurduqlarını bildirib.

1816154
İqor Konaşenkov: ‘‘Ukraynaya mәxsus 14 hәrbi obyekt mәhv edilib’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konoshenkov Ukraynaya mәxsus 14 hәrbi obyekti vurduqlarını bildirib.

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

İqor Konaşenkov deyib: “Bir gün ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 14 hərbi obyekt havadan buraxılan yüksək dəqiqlikli raketlərlə vurulub, nəticədə Popasnaya yaşayış mәntәqәsindәki bir komanda mәrkәzi, iki silah vә sursat anbarı vә  hərbi maşınların toplandığı iki ərazi mәhv edilib’’.

Konaşenkov Şnurki və Slavyanskda silah anbarları, Çerkasskoe və Aleksandrovka bölgələrində isә hәrbçilәrin vә hәrbi texnikanın olduğu әrazinin atәşә tutulduğunu deyib. O, hücum zamanı millәtçi qüvvәlәrin 120 üzvünün öldürüldüyünü vә 30-dan çox hәrbi texnikanın mәhv edildiyini deyib.

Rusiya hәrbi  hava qüvvәlәrinin bir gündә Ukraynanın 64 hərbi obyektini vurduğunu vurğulayan İqor Konaşenkov raket və artilleriya birləşmələrinin 450 hərbi  obyekti atәşә tutduğunu bildirib.

Rusiya hava hücumundan müdafiə sisteminin Donetsk vilayətinin Yasnoe yaşayış mәntәqәsi әtrafında Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurduğunu söyləyәn İqor Konaşenkov deyib: “ Bu günәdәk Ukraynaya mәxsus 140 təyyarə, 106 helikopter, 512 pilotsuz uçuş aparatı, 254 hava hücumundan müdafiə sistemi, 2 422 tank və zirehli texnika. 266 reaktiv yaylım atəşi sistemi, 1051 haubitsa və minaatan, 2 274 hәrbi maşın mәhv edilib’’.

 



Әlaqәli Xәbәrlәr