Rusiya Baltikyanı 3 ölkənin konsulluqlarını bağlayıb

Rusiya Baltikyanı 3 ölkənin baş konsulluq və konsulluqlarını bağlayıb.

1815927
Rusiya Baltikyanı 3 ölkənin konsulluqlarını bağlayıb

Rusiya Baltikyanı 3 ölkənin baş konsulluq və konsulluqlarını bağlayıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Latviya, Litva və Estoniyaya nota verildiyi bildirilərək, Litvanın Rusiyanın Klaypeda, Latviyanın Liepaja, Dauqavplis, Estoniyanın Narva və Tartu şəhərlərindəki Rusiya  baş konsulluq və konsulluqlarının bağlanmasına etiraz edildiyi bildirilib.

Qarşılıqlılıq prinsipi və bu ölkələrin Ukraynaya hərbi yardımı səbəbindən Latviyanın Sankt-Peterburqdakı baş konsulluq və Pskovdakı konsulluq, Estoniyanın Sankt-Peterburqdakı baş konsulluq və Pskovdakı konsulluq, Litvanın Sankt-Peterburqdakı baş konsulluq fəaliyyətinə verilən icazənin geri götürüldüyü qeyd edilib. .

Bəyanatda bu ölkələrin bu missiyalarda olan diplomatlarının “arzuolunmaz şəxs” elan edildiyi, Rusiya vətəndaşı olmayan inzibati-texniki personalın da “qəbuledilməz” olduğu bildirilib:

“Adları çəkilən bütün bu şəxslərin ölkələrindəki Rusiya konsulluq işçilərinin ölkəni tərk etmələri üçün verilən eyni müddət ərzində Rusiya Federasiyası torpaqlarını tərk etmələri tələb edilib”.



Әlaqәli Xәbәrlәr