Zelenski: "Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda müharibəyə başlayıb"

Zelenski Rusiya ordusunun Donbasda hücuma başladığını, Ukrayna Silahlı Qüvvələrinin bölgəni və dövləti müdafiə edəcəyini bildirib. (YENİLƏNİB)

1814183
Zelenski: "Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda müharibəyə başlayıb"
donbas ukrayna askeri.jpg

Artıq deyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda müharibəyə başlayıblar”. 

Bunu Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Zelenski Rusiya ordusunun Donbasda hücuma başladığını və nə qədər Rusiya əsgərinin göndərilməsindən asılı olmayaraq, Ukrayna Silahlı Qüvvələrinin bölgəni və dövləti müdafiə edəcəyini bildirib.

"İndi deyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda müharibəyə başlayıblar. Rusiya ordusunun əhəmiyyətli hissəsi indi bu hücuma cəmlənib. Nə qədər əsgər göndərilsə də orada döyüşəcəyik. Özümüzü müdafiə edəcəyik. Bunu hər gün edəcəyik. Biz Ukraynaya aid olan heç bir şeydən əl çəkməyəcəyik” -deyə Zelenski qeyd edib.

Ukrayna Prezident Aparatının baş müşaviri Oleksiy Arerestoviç də bəyan edib ki, Rusiya ordusu ölkənin şərqindəki yeni hücumda dörd bölgəni ələ keçirməyi hədəfləyir.

Milli televiziya kanalına verdiyi açıqlamada Arestoviç Rusiyanın Donbasda başlatdığı yeni hücumda 4 hədəfinin olduğunu qeyd edərək, Rusiyanın bu hədəfə çatmaq üçün yeni hücumunun 17 aprel bazar günü başladığını müdafiə edib.

Rusiya ordusunun ümumilikdə ölkənin şərqində müdafiə xəttini qırmağa çalışdığını izah edən Arestoviç Rusiya ordusunun ilk vəzifəsinin Luqansk bölgəsindəki Rubejnoe-Popasnaya-Severodonetsk marşrutu üzərindəki torpaqları ələ keçirmək olduğunu və rusların bu bölgəni ölkənin başqa bölgələrindən ayırmağa cəhd edəcəyini bildirib. 

Rusların ikinci məqsədinin Xarkiv bölgəsindəki İzyumdan Slavyansk və Kramatorsk bölgəsinə qədər olan yerə hücum etmək olduğunu bildirən Arerestoviç Rusiyanın digər hədəflərinin Zaporojya və Mariupolun Qulyaypole bölgəsi olduğunu bildirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək səviyyəli rəsmisi Rusiyanın Ukraynanın şərqindəki taktiki batalyonlarının sayını 76-ya çıxardığını açıqlayıb.

Rusiyanın taktiki batalyonları 800-dən minə qədər əsgərdən ibarətdir.

Bu arada, Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, dinc sakinlərin təxliyəsi üçün humanitar dəhlizlər barədə razılıq əldə olunmadı və bu gün də dəhlizlər açılmayacaq.

Vereşçuk "Telegram" hesabından etdiyi qaylaşımda yazıb:

"Bu gün təəssüf ki, humanitar dəhlizlər açıq olmayacaq. Donbasda intensiv atəşlər davam edir. Mariupolda ruslar Berdyansk istiqamətində dinc sakinlər üçün dəhliz verməkdən imtina edirlər. Xerson və Xarkivd bölgələrində humanitar dəhlizlərin açılması ilə bağlı çətin danışıqları davam etdiririk. 

Ukrayna Baş Qərargahı isə fevralın 24-dən aprelin 19-dək Rusiya ordusunun itkiləri ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, Ukraynaya hücum edən Rusiya ordusundan 20 min 800 əsgər öldürülüb, 169 Rusiya təyyarəsi, 150 helikopter, 802 tank, 2063 zirehli texnika, 386 top, 132 reaktiv yaylım atəşi sistemi və 67 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələri həmçinin 1495 texnika, 8 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 158 pilotsuz uçuş aparatını itirib.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb.



Әlaqәli Xәbәrlәr