Ukrayna Gürcüstanı Rusiyaya qarşı sanksiyalarda iştiraka çağırdı

R.Stefançuk Ukraynada rəsmi səfərdə həmkarı Şalva Papuaşvili ilə birlikdə Ukrayna ordusunun nəzarəti bərpa etdiyi paytaxt Kiyevin Buça, İrpin və Borodyanka rayonlarına səfər edib

1813356
Ukrayna Gürcüstanı Rusiyaya qarşı sanksiyalarda iştiraka çağırdı

 

  Ukrayna parlamentinin sədri Ruslan Stefançuk Gürcüstan hökumətini Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmağa çağırıb.

  R.Stefançuk Ukraynada rəsmi səfərdə həmkarı Şalva Papuaşvili ilə birlikdə Ukrayna ordusunun nəzarəti bərpa etdiyi paytaxt Kiyevin Buça, İrpin və Borodyanka rayonlarına səfər edib.

  Buralarda gedən işlərlə tanışlıqdan sonra təşkil edilən birgə mətbuat konfransında Ukrayna parlamentinin sədri ukraynalı qaçqınlara göstərdikləri qonaqpərvərliyə görə Gürcüstan xalqına minnətdar olduqlarını bildirərək deyib: “Gürcüstanlı həmkarıma beynəlxalq arenada davamlı dəstəyə və Rusiyaya qarşı mübarizədə töhfələrinə görə təşəkkür edirəm.

  Biz Gürcüstanı Rusiyaya qarşı sanksiyalarda iştiraka çağırırıq”.

  Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili da öz növbəsindəki çıxışında deyib: "Rusiya bu müharibəyə son qoymalı və razılaşdırılmış beynəlxalq sərhədlər daxilində Ukraynanın ərazi bütövlüyünə hörmət etməlidir. Ukraynalıların seçimi qəbul olunmalıdır.

  Ukraynaya olduğu kimi, Rusiya 1990-cı illərdən Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinə də hücum etdi. Şəhərlərimizlə birlikdə ümidlərimiz də bombalandı, ümidlərimiz də dağıldı. Ona görə də biz gürcülər sizin ağrı-acınızı çox yaxşı anlayırıq".



Әlaqәli Xәbәrlәr