Vitali Kliçko: "Rusiya etnik təmizləmə siyasəti yürüdür"

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko ölkəsinə müharibə elan edən Rusiya Federasiyasını Ukrayna xalqına qarşı etnik təmizləmə aparmaqda ittiham edib.

1812625

Vitali Kliçko paytaxt Kiyevdə “Mariupol qəhrəmanları” adı verilməsi nəzərdə tutulan parka baş çəkib, ağacəkmə proqramında iştirak edib.

V. Kliçko daha sonra verdiyi açıqlamada burada Moskva ilə Kiyevin dostluğu üçün heykəl olduğunu, lakin Rusiyanın Ukraynaya hücum etdiyini deyib.

Rusiya ordusunun Ukrayna xalqına qarşı qırğın törətdiyini müdafiə edən Kliçko “Rusiya bizə hücum edərkən, Ukrayna xalqını etnik təmizliyə məruz qoyarkən, Ukrayna xalqını və Ukrayna şəhərlərini yerlə-yeksan edərkən, dostluqdan necə danışmaq olar?" deyib.

Әlaqәli Xәbәrlәr