Azərbaycan ukraynalı qaçqınlara humanitar yardım göndərib

Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti dəfə humanitar yardım göndərib.

1812816
Azərbaycan ukraynalı qaçqınlara humanitar yardım göndərib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşanan böhran nəticəsində Moldovaya yola salınan humanitar yardımla bağlı məlumat yayıb.  Bildirib  ki,  Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bugün Moldovaya yola salınıb.

Məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Moldova və Ukraynanın ölkədəki diplomatik nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.



Әlaqәli Xәbәrlәr