Rusiya ordusunun itkiləri ilə bağlı məlumat yayılıb

Fevralın 24-də Ukraynaya müharibə elan edən Rusiya ordusu 19 min 900 əsgər, 160 təyyarə, 144 helikopter və 753 tank itirib. (YENİLƏNİB)

1812240
Rusiya ordusunun itkiləri ilə bağlı məlumat yayılıb

Fevralın 24-də Ukraynaya müharibə elan edən Rusiya ordusu 19 min 900 əsgər, 160 təyyarə, 144 helikopter və 753 tank itirib.

Ukrayna Baş Qərargahı fevralın 24-dən aprelin 14-dək Rusiya ordusunun itkiləri ilə bağlı məlumat yayıb.

Buna görə Ukraynaya hücum edən Rusiya ordusundan 19 min 900 əsgər öldürülüb, ruslara məxsus 160 təyyarə, 144 helikopter, 753 tank, 1968 zirehli texnika, 366 top, 122 reaktiv sistem və 64 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələri həmçinin 1437 maşın, 7 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 134 pilotsuz uçan aparatı itirib.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb.

Digər tərəfdən, Nazirlik Ukraynanın Mariupol şəhərində son 24 saatda 1160 Ukrayna əsgərinin əsir götürüldüyünü açıqlayıb. Açıqlamada hərbi əsirlərdən 176-nın zabit, 47-nin isə qadın əsgər olduğu bildirilib.

Digər tərəfdən, Rusiya Ukraynanın Mariupol şəhərində son 24 saat ərzində ümumilikdə 1160 Ukrayna əsgərinin təslim olduğunu iddia edib.

Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynaya qarşı müharibədə Rusiya ordusunun hərəkətləri ilə bağlı açıqlama verib.

Mariupol şəhərində Ukrayna əsgərlərinin təslim olduğuna diqqət çəkən Konaşenkov "Bu gecə Mariupolda 14-ü zabit olmaqla 134 Ukrayna əsgəri könüllü olaraq silahlarını yerə qoyaraq təslim oldu. Son 24 saat 36-cı briqadadan cəmi 1160 Ukrayna əsgəri təslim oldu. Onların arasında 176 zabit var” ifadələrdən istifadə edib.

Bu gecə 12 hərbi infrastruktur ünsürünün yüksək dəqiqlikli silahla vurulduğu barədə məlumatı paylaşan Konaşenkov deyib:

“Son 24 saat ərzində Ukraynanın 48 hərbi obyekti havadan məhv edilib”. 

Konaşenkov bildirib ki, 131 təyyarə, 104 helikopter, 245 hava hücumundan müdafiə raket sistemi, o cümlədən 448 PUA, 2 min 179 tank və zirehli texnika, 248 reaktiv yaylım atəşi sistemi, 944 haubitsa və minaatan və 2 min 88 xüsusi təyinatlı hərbi maşın məhv edilib.



Әlaqәli Xәbәrlәr