“Rusiya ABŞ və NATO-ya görə Kiyev və bütün qərar mərkəzlərini vura bilər”, S.Ryabkov

Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində S.Ryabkov Qərb ölkələrinin Ukraynadakı hərəkətləri ilə bağlı deyib...

1812027
“Rusiya ABŞ və NATO-ya görə Kiyev və bütün qərar mərkəzlərini vura bilər”, S.Ryabkov

 

  Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna torpaqlarında silah daşıyan ABŞ və NATO maşınlarını “qanuni hərbi hədəflər” hesab etdiklərini bildirib.

  Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində S.Ryabkov Qərb ölkələrinin Ukraynadakı hərəkətləri ilə bağlı deyib: “ABŞ-ın Ukraynaya silah dəstəyi var. Belə bir şəraitdə ABŞ administrasiyası ilə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar mənasızdır.

  Eyni zamanda, biz amerikalılara və digər qərblilərə izah etməyə çalışırıq ki, əməliyyatımızı ləngitmək, Rusiya hərbi birləşmələrinə, Donetsk və Luqansk xalq respublikalarının yaradılması prosesinə zərər vurmaq cəhdlərinin qarşısı alınacaq. Biz onlara xəbərdarlıq edirik ki, Ukrayna torpaqlarında fəaliyyət göstərən ABŞ-NATO silahlı maşınları qanuni hərbi hədəflər hesab edilir”.

  Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov də bildirib ki, “Ukraynanın Rusiya ərazisinə hücumları davam edərsə, Rusiya ordusu paytaxt Kiyev də daxil olmaqla, qərar qəbul edən bütün mərkəzləri vuracaq.

  Ukrayna hərbi birləşmələri Rusiya Federasiyası ərazisinə hücum edərək təxribata cəhd edir. Bu hallar davam edərsə, Rusiya Silahlı Qüvvələri qərar qəbuletmə mərkəzlərinə, o cümlədən Kiyevə zərbələr endirəcək, hansı ki, indiyədək bundan yayınıb”.

  Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak isə paytaxt Kiyevə Rusiyanın mümkün hücumlarına toxunaraq deyib: “Biz istənilən ssenariyə hazırıq. Rusiyanın heç bir ssenarisi işləməyəcək. Rəsmi Kreml silahsız mülki əhali ilə mübarizə aparmağı bilir. Rusiya gələcək beynəlxalq məhkəmədə bütün cinayətlərinə görə cavab verəcək".



Әlaqәli Xәbәrlәr