Ukrayna: Rusiya hərbi hissələrini gücləndirməkdə davam edir

Ukrayna Baş Qərargahı iddia edib ki, Rusiya Ukrayna ərazisində yerləşən hərbi hissələrini gücləndirməkdə davam edir.

1810117
Ukrayna: Rusiya hərbi hissələrini gücləndirməkdə davam edir
tahliye ukrayna

Ukrayna Baş Qərargahı iddia edib ki, Rusiya Ukrayna ərazisində yerləşən hərbi hissələrini gücləndirməkdə davam edir.
Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.

Rusiyanın Ukraynadakı hərbi hissələrini gücləndirdiyi iddia edilən bəyanatda "Rusiyada hərbi hissələrin yer dəyişməsi, komanda-nəzarət sisteminin gücləndirilməsi, qoşunlara maddi-texniki dəstək verilməsi istiqamətində addımlar atılır" deyilir.

Bu səbəbdən Rusiyanın şərq və mərkəzi hərbi bölgələrindən Ukrayna sərhədindəki Belqorod, Voronej və Kursk bölgələrinə hərbi birləşmələrin yerləşdirildiyi iddia ediən bəyanatda deyilib: "İşğalçılar Xarkov şəhərini qismən mühasirəyə almağa davam edir. Orada Xarkov şəhəri üçün münaqişələrin intensivləşməsi ehtimalı var" .

Ukraynanın Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, Rusiya ordusu bütün Donbas bölgəsini ələ keçirməyə çalışır.

Gələcəkdə Donbas üçün qarşıdurmaların daha da şiddətlənəcəyini bildirən Qayday "Bölgədə hərbi güc və texnikanın yığıldığını görürük. Buna hazırlaşırıq" deyib.

Rusiya hərbi qüvvələrinin Ukraynanın Rubijne şəhərinə hücum etdiyi barədə məlumatı paylaşan Qayday ictimaiyyətə xəbərdarlıq edərək, "Yenidən kimyəvi hücum edildi. Raketlər Rubijne yaxınlığındakı azot turşusu çəninə dəydi. Özünüzü qoruyun. Əgər qapalı mühitdəsinizsə , qapı və pəncərələri bağlayın" deyə bildirib.



Әlaqәli Xәbәrlәr