Ukrayna: Gün ərzində 2 min 824 nəfər təhlükəli bölgələrdən təxliyə edildi

Ukraynaya müharibə elan edən Rusiya ordusu 19min 500 əsgər, 154 qırıcı, 137 helikopter və 725 tank itirib.

1810125
Ukrayna: Gün ərzində 2 min 824 nəfər təhlükəli bölgələrdən təxliyə edildi
ukrayna tahliyeler.jpg
ukrayna tahliye.jpg
ukrayna tahliye.jpg

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, gün ərzində toqquşmaların baş verdiyi ərazilərdən 2824 nəfər təxliyə edilib.
Vereşçuk sosial şəbəkədə yayımladığı videoda Ukraynada münaqişələrin baş verdiyi yerlərdən mülki şəxslərin təxliyyə prosesi ilə bağlı açıqlamalar verib.

Təxliyyəyə davam etdiklərini bildirən Vereşçuk deyib:

"Bu gün təhlükəli ərazilərdən 2824 nəfər təxliyə edilib. Gün ərzində 2622 nəfər şəxsi nəqliyyat vasitəsi və göndərilən avtobuslarla Mariupol və Berdyanskdan Zaporojya şəhərinə çatıb. Onlardan 213 nəfəri Mariupol şəhərindən, qalanları isə Polohi, Vasilivka, Melitopol və Berdyansk şəhərlərindən təxliyə ediliblər. Luqansk bölgəsindən açılan atəşə baxmayaraq, Lisıçansk, Severodonetsk, Rubijne, Popasna və Kreminna şəhərlərindən 202 nəfər təxliyə edilib”.

Təxliyə üçün göndərilən bəzi avtobuslara bir qisminin Rusiya hərbi qüvvələri tərəfindən mane olunduğunu bildirən Vereşçuk təxliyyəyə davam edəcəklərini bildirib.

Bu arada, Ukraynaya müharibə elan edən Rusiya ordusu 19min 500 əsgər, 154 qırıcı, 137 helikopter və 725 tank itirib.

Baş Qərargah 24 fevral-11 aprel tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı məlumat açıqlayıb.

Buna görə, Ukraynaya hücum edən Rusiya ordusundan 19 min 500 əsgər öldürülüb, 154 qırıcı, 137 helikopter, 725 tank, 1923 zirehli texnika, 347 top, 111 reaktiv yaylım atəşi sistemi və 55 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələri həmçinin 1387 texnika, 7 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 119 pilotsuz uçuş aparatını itirib.



Әlaqәli Xәbәrlәr