Rusiya: Avropadan Ukraynaya təhvil verilən S-300 raket sistemini vurduq

İ. Konaşenkov bildirib ki, şəxsi heyətlə birlikdə Slovakiyanın Ukraynaya verdiyi S-300 hava hücumundan müdafiə raket sistemini dənizdən “Kalibr” yüksək dəqiqlikli raketlərlə vurublar.

1810423
Rusiya: Avropadan Ukraynaya təhvil verilən S-300 raket sistemini vurduq

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, şəxsi heyətlə birlikdə Slovakiyanın Ukraynaya verdiyi S-300 hava hücumundan müdafiə raket sistemini dənizdən “Kalibr” yüksək dəqiqlikli raketlərlə vurublar.

Konaşenkov Ukraynada davam edən müharibədə Rusiya ordusunun fəaliyyəti haqqında məlumat verib.

Aprelin 10-da Ukraynada hədəflərə qarşı yüksək dəqiqlikli silahlardan istifadə edildiyinə diqqət çəkən Konaşenkov deyib:

“Dənizdən “Kalibr” yüksək dəqiqlikli raketlərlə Dnepr bölgəsinin cənub kənarında bir Avropa ölkəsi tərəfindən Kiyev rejiminə təhvil verilən anqarda gizlədilən S-300 hava hücumundan müdafiə raket kompleksinin batalyonu məhv edilib. Dörd S-300 buraxılış qurğusu və Ukrayna silahlı qüvvələrinin 25-ə yaxın şəxsi heyəti vurulub”.

Gecə boyunca havadan yüksək dəqiqlikli raketlərlə də  Velikaya Novoselovka qəsəbəsi yaxınlığında yerləşən Ukrayna ordusunun silah-sursat və silah təmiri bazasını, o cümlədən “Buk-M1” və “Osa-AKM” hava hücumundan müdafiə raket komplekslərini məhv etmələri barədə məlumatı paylaşan Konaşenkov Mikolayev və Jovtnevoyedə 2 arsenal, Uspenovki bölgəsində də S-300 sisteminin idarə edilməsi üçün istifadə edilən radarın  məhv edildiyini qeyd edib.

Konaşenkov yüksək dəqiqlikli silahlarla Donetsk bölgəsində Vozdivijenka və İvanovka yaxınlığında 9 tank, 5 haubitsa və 5 Qrad çoxbarrelli reaktiv yaylım atəş sistemini vurduqlarını bildirib.

Ukrayna ordusuna məxsus 2 "Su-25" döyüş təyyarəsinin İzyum şəhəri yaxınlığında vurulduğunu qeyd edən Konaşenkov Ukrayna ordusunun 78 hərbi obyektinin məhv edildiyini bildirib.

Konaşenkov “Bu günə qədər 129 qırıcı, 99 helikopter, 243 S-300, Buk-M1 və Osa AKM hava hücumundan müdafiə raket sistemi, 441 pilotsuz uçuş aparatı, 2 min 79 tank və zirehli texnika, 239 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 909 haubitsa və minaatan Ukrayna ordusuna məxsus artilleriya, 2 min 3 şəxsi hərbi texnika məhv edilib”. ifadəsini işlədib.

Ötən həftə Slovakiyanın baş naziri Eduard Heqer Ukraynanı S-300 hava hücumundan müdafiə raket sistemi ilə təmin etdiklərini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr