"NATO-dan yalnız bir faiz silah istədik, amma 31 gündür gözləyirik", V.Zelenski

Paylaşdığı videomüraciətdə NATO və Rusiyaya səslənən V.Zelenski Qərb ölkələrinə Ukraynanı Rusiyaya qarşı müdafiə etmək üçün ağır silahlar göndərməyə çağırışını təkrarlayaraq deyib...

1802443
"NATO-dan yalnız bir faiz silah istədik, amma 31 gündür gözləyirik", V.Zelenski

 

  Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya məxsus təyyarə və tankların yalnız bir faizini istədiklərini, amma 31 gündür bu yardımı gözlədiklərini dilə gətirib.

  Paylaşdığı videomüraciətdə NATO və Rusiyaya səslənən V.Zelenski Qərb ölkələrinə Ukraynanı Rusiyaya qarşı müdafiə etmək üçün ağır silahlar göndərməyə çağırışını təkrarlayaraq deyib: "Ukrayna və Avropa üçün bu təhlükəsizliyin təminatı təyyarələr, tanklar və hava hücumundan müdafiə sistemləridir.

  Biz NATO-dan təyyarə və tankların yalnız bir faizini istədik. Hələ çox istəmirik, amma 31 gündür gözləyirik. Yəni Avro və Atlantik birliklərinə kim başçılıq edir? Rəsmi Moskva hələ də hədə-qorxu ilə davam edir? Tərəfdaşlar Ukraynaya yardımı artırmalıdırlar. Buna ehtiyacı olan da onlardır. Çünki bu, həm də Avropanın təhlükəsizliyidir.

  Ukrayna nümayəndə heyəti Polşada Amerikanın yüksək vəzifəli şəxsləri ilə görüşüb. Danışıqlarda hazırda bizə lazım olan şeylər - təyyarə və digər müdafiə vasitələrini necə çatdırmaq barədə müzakirələr aparılıb. Ukrayna Rusiya raketlərinə qarşı ov tüfəngi və pulemyotlarla dura bilməz. Mariupolun kifayət qədər tank, təyyarə və digər zirehli texnika olmadan geri alınması qeyri-mümkündür”.

  Ukrayna prezidenti çıxışında Rusiya əsgərlərinə də səslənərək deyib: “Sizin müvəqqəti tutduğunuz şəhərlərdə etdikləriniz heç bir işə yaramayacaq. Bu şəhərlərdə Rusiya qoşunlarına qarşı yalnız nifrət və nifrət var."

  Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr