Ukrayna: Rusiya hərbi gəmiləri Odessa sahillərinə atəş edib

Ukrayna Rusiyaya məxsus hərbi dəniz qüvvələrinin Odessa bölgəsindəki sahillərə atəş açdığını açıqlayıb.

1796113
Ukrayna: Rusiya hərbi gəmiləri Odessa sahillərinə atəş edib

Ukrayna Rusiyaya məxsus hərbi dəniz qüvvələrinin Odessa bölgəsindəki sahillərə atəş açdığını açıqlayıb.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko şəxsi "Twitter" hesabında yazıb ki, Rusiyanın hərbi gəmiləri yerli vaxtla saat 03:00 radələrində Odessa sahillərinə hücum edib:

“Rusiya işğalçıları Odessa bölgəsindəki, Tuzla kəndi yaxınlığında gəmilərdən Ukrayna sahillərinə raket və artilleriya zərbələri endirib”.
Gəmilərin uzaqdan böyük miqdarda sursat atdığına dair məlumatı paylaşan Qeraşenko "Hər hansı bir əsgərin sahilə çıxma cəhdi olmadı" deyib.



Әlaqәli Xәbәrlәr