Ukrayna Baş Qərargahı: Rusiya gücünün 40 faizini itirdi

Ukrayna Baş Qərargahı ölkəyə hücum edən Rusiya Federasiyası silahlı qüvvələrinin 40 faizinin döyüş qabiliyyətini itirdiyini və ya tamamilə məhv edildiyini açıqlayıb.

1796112
Ukrayna Baş Qərargahı: Rusiya gücünün 40 faizini itirdi

Ukrayna Baş Qərargahı ölkəyə hücum edən Rusiya Federasiyası silahlı qüvvələrinin 40 faizinin döyüş qabiliyyətini itirdiyini və ya tamamilə məhv edildiyini açıqlayıb.
Baş Qərargahdan verilən yazılı açıqlamada Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı son məlumatlar paylaşılıb.

Açıqlamada Ukrayna ərazisinə daxil olan Rusiya ordusunun 40 faizinin gücünü itirdiyi bildirilib:

"Ümumilikdə, 2022-ci il martın 15-nə Ukrayna ərazisində qondarma "əməliyyat"da iştirak edən bölmələrin (Rusiya ordusu) 40 faizə qədəri itirilib. Tamamilə məhv edilib və ya döyüş qabiliyyətini itirib".
Açıqlamada son sutka ərzində Ukraynanın Çernobaevka bölgəsində baş verən qarşıdurmalarda Rusiya ordusuna məxsus cəmi 7 döyüş helikopterinin məhv edildiyi vurğulanıb.

Bu arada, Rusiya ordusu müharibə başlayandan bu günə kimi sistematik olaraq Ukraynanın mülki infrastrukturunu məhv edib, artıq 3,5 min obyekt var.

Bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib.

"Ukraynada təcavüzkar 3 500 infrastruktur obyektini, o cümlədən 230 nəqliyyat infrastrukturunu, əhalinin yaşayışını təmin edəb elektrik yarımstansiyaları və qaz kəmərləri kimi 165 obyekti tamamilə və ya qismən dağıdıb", - daxili işlər naziri qeyd edib.

Onun sözlərinə görə, dağılan obyektlər arasında Dövlət Fövqəladə Hallar Xidməti və Milli Polisin binaları var.

"Qismən və ya tamamilə dağıdılmış təhsil müəssisələrinin sayı 72-dir. İyirmi bir səhiyyə müəssisəsinə ziyan vurulub. Zərər görmüş yaşayış binalarının sayı hər gün dəyişir. İndi 2 700-dən çox dağıdılmış ev var. Sosial müəssisələrin sayı 10-dur. Digər obyektlər - onların arasında Dövlət Fövqəladə Hallar Xidməti, Milli Polis və s. binalar var - 400-dən çoxdur”, - nazir bildirib.



Әlaqәli Xәbәrlәr