Mirzoyan: “Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan verdiyi açıqlamada deyib.
O qeyd edib ki, həmkarından bu məqsədə çatmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnun olub.
“Hesab edirəm ki, sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik. Sərhədlərin açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrə, xalqlar arasında münasibətlərə və regionun ümumi sabitliyinə müsbət təsir göstərəcək”, - deyə o bildirib.
Ararat Mirzoyan erməni xalqının normallaşma prosesinə yanaşması ilə bağlı “Ümumiyyətlə Ermənistan xalqı Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Bu, ictimai rəy sorğularında da özünü göstərir” deyib.
Әlaqәli Xәbәrlәr
İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var
Hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.