İranda İlaxır çərşənbədə 19 nəfər ölüb

İranda ənənəvi çərşənbə bayramı olan "Çərşənb-e Suri" zamanı 19 nəfər ölüb.

1796509
İranda İlaxır çərşənbədə 19 nəfər ölüb
iran nevruz carsamba suri.jpg
iran nevruz carsamba suri.jpg

İranda ənənəvi çərşənbə bayramı olan "Çərşənb-e Suri" zamanı 19 nəfər ölüb.

Bu barədə ölkənin Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidi məlumat verib.

O, həyatını itirənlərin sayının 19-a, yaralıların sayının isə 2798-ə yüksəldiyini bildirib.

Sözçü Xalidi bayram şənlikləri zamanı deyib: “150 nəfər partlayıcı maddələr səbəbindən yanıb. 880 nəfər gözlərindən yaralanıb, 171 nəfər isə əzalarını itirib”.

Bu il keçirilən İlaxır çərşənbə şənliklərində ölən və yaralananların sayının son 10 ildə ən yüksək olduğu bildirilsə də, ölən və yaralananların daha çox partlayıcı və yanar materialların qeyri-qanuni emalatxanalarda hazırlanması zamanı baş verdiyi açıqlanıb. 

İranda Novruzdan əvvəlki ilin axır çərşənbə gecəsində keçirilən “Çərşənbə Suri” şənliklərində xüsusilə uşaqlar və gənclər yanan tonqalların üstündən tullanır, atəşfəşanlıq tədbirləri keçirilir. 

Bu bayramlar İranda hər il çoxlu ölüm və ya yaralanmalara səbəb olur.

Ötən il ölkədə keçirilən İlaxır çərşənbə şənliklərində 8 nəfər ölüb, 900 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr