Yunanıstanın Baş naziri koronavirusa yoluxub

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxub.

1795154
Yunanıstanın Baş naziri koronavirusa yoluxub

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxub.

Yunanıstan hökumətinin sözçüsü Yannis İkonomu həftəlik mətbuat konfransında Miçotakisə tətbiq edilən "Covid-19" testinin müsbət olduğunu və Baş nazirin karantin dövründə evindən işləyəcəyini söyləyib.

Bu barədə Baş nazir də özünün “Twitter” hesabındakı paylaşımında bildirib.“Bu səhər test nəticəm pozitiv oldu və ona görə də evdə təcrid olunmuşam”, - Miçotakis bildirib.

O, işinə ev şəraitində davam etdiyini qeyd edib.

 

 



Әlaqәli Xәbәrlәr