Bərzani ilə Blinken arasında telefon danışığı olub

İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Məsrur Bərzani ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla görüşüb.

1794932
Bərzani ilə Blinken arasında telefon danışığı olub

İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Məsrur Bərzani ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla görüşüb.

Bərzani "Twitter" hesabında etdiyi paylaşımda Blinkenlə Ərbildə martın 13-də baş verən terror aktından danışdıqlarını bildirib.

Hücumun İraqın suverenliyinin “küstax bir şəkildə pozulması” mövzusunda razılaşdıqlarını ifadə edən Bərzani “Son illərdə Ərbilə hücumlarda dəfələrlə təkrarlanan uydurma şayiələrə qarşı təcili tədbir görülməli olduğunu vurğuladım" ifadəsini işlədib.

O deyib ki, amerikalı tərəfdaşlarımızı Kürdüstan bölgəsini dəstəkləmək üçün daha çox iş görməyə çağırdım.

Bu arada, hücum nəticəsində Ərbildən olan bir iş adamının evi və "K24" telekanalına (Kurdistan24) ciddi ziyan dəyib.

İraq Kürd Regional Rəhbərliyinin Terrorla Mübarizə İdarəsi Ərbilə İraq xaricindən 12 ballistik raketlə hücum edildiyini açıqlayıb.

Qeyd edək ki, Terrorla Mübarizə İdarəsi rəsmi "Facebook" hesabında hücumla bağlı verdiyi açıqlamada "Paytaxt Ərbilə Kürdüstan bölgəsi və İraqın hüdudlarından kənardan ballistik raketlərlə hücum edilib” sözlərini işlədib.

Hücumun "şərqdən istiqamətləndirildiyi" qeyd edilən açıqlamada hadisənin yerli vaxtla saat 01.00-da baş verdiyi və 12 ballistik raketin ABŞ-ın Ərbil konsulluğu istiqamətində bir məhəlləni hədəf aldığı bildirilib.

İran İnqilab Keşikçiləri Ordusu İraqın Ərbil şəhərinə raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.

İsrailin bölgədə son hücumlarına diqqət çəkilərək, martın 13-də gecə İsrailə aid olduğu bildirilən bir mərkəzin İnqilab Keşikçiləri Korpusuna aid raketlərlə vurulduğu qeyd edilib.

İraq Kürd Regional Rəhbərliyi isə İranın hücumlarını təkrarladığını və beynəlxalq ictimaiyyətin susmasının bu hücumlara səbəb olacağını bəyan edib.



Әlaqәli Xәbәrlәr