“Rusiya ordusu Çeçenistan və Əfqanıstanda belə bu qədər itki verməmişdi”, V.Zelenski

“Telegram” hesabından paylaşdığı video-müraciətdə V.Zelenski deyib...

1794634
“Rusiya ordusu Çeçenistan və Əfqanıstanda belə bu qədər itki verməmişdi”, V.Zelenski

 

  Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə hücum edən Rusiya ordusundan 13 min əsgərin öldürüldüyünü bildirib.

  “Telegram” hesabından paylaşdığı video-müraciətdə V.Zelenski Ukraynanın faktiki olaraq 8 ildir öz torpaqlarını qorumaq üçün mübarizə apardığını, lakin indi genişmiqyaslı müharibədə olduqlarını vurğulayaraq deyib: “Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun 18-ci günündəyik. 18 gündə 13 min işğalçı əsgər öldürülüb.

  Rusiya ordusunun itkisi hətta Çeçenistan və Əfqanıstandakı müharibələrdə belə bu qədər olmamışdı.

  Rusiya Silahlı Qüvvələrinə məxsus 74 təyyarə, 86 helikopter və 1000-dən çox zirehli texnika məhv edilib.

  Ukrayna xalqı təslim olmur. Ukrayna qəhrəmancasına vuruşur.

  Hazırda ən çətin vəziyyətdə Ukraynanın Mariupol şəhəridir. 125 min adamı təxliyə etmişik. Biz düşməni Mariupoldan çıxarmaq üçün var-qüvvəmizlə çalışırıq. Bu şəhərə 100 ton humanitar yardım göndərmişik və vətəndaşlarımızın bunu alması üçün əlimizdən gələni edirik”.  

  Xatırladaq ki, Rusiya ordusu fevralın 24-dən Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr