Kiyevdə yenə partlayış səsləri eşidilib

Rusiya və Ukrayna arasında aparılan danışıqlardan dərhal sonra paytaxt Kiyevdə növbəti şiddətli partlayış baş verib. (YENİLƏNİB)

1787405
Kiyevdə yenə partlayış səsləri eşidilib
super ukrayna destek protesto.jpg

Rusiya ordusunun Ukraynanın Sumi vilayətinin Oxtırka şəhərindəki hərbi hissəyə raket hücumu nəticəsində 70-ə yaxın əsgər həlak olub.

Sumi qubernatoru Dmitri Jivitskii şəxsi "Telegram" hesabında Oxtırka şəhərindəki hərbi hissənin Rusiya ordusu tərəfindən vurulduğunu, hücumda 70-ə yaxın ukraynalı əsgərin həlak olduğunu bildirib.

Jivytski bildirib ki, qruplar və könüllülər hərbi hissənin altında dağıntılarda axtarış-xilasetmə işləri aparırlar.

Şəhərdə çoxlu sayda rus əsgərinin cəsədinin olduğunu bildirən Jivitskii onların bu cəsədləri toplayaraq Beynəlxalq Qızıl Xaç Təşkilatına təhvil verdiklərini qeyd edib.

Rusiya və Ukrayna arasında aparılan danışıqlardan dərhal sonra paytaxt Kiyevdə növbəti şiddətli partlayış baş verib.

Agentliklər fevralın 24-də ölkəyə daxil olan Rusiya qoşunlarının fevralın 28-də axşam saatlarında Kiyevdəki logistika anbarını vurması nəticəsində onlarla insanın öldüyünü açıqlayıb.

Əsas tələbat mallarının saxlandığı anbarın ballistik raketlərlə vurulduğu bildirilir.

Rusiyanın yeni hərbi karvanının da paytaxta yola düşdüyü bildirilir.

Kiyevla yanaşı Ukraynanın bir çox şəhərlərinin gecəni siren səsləri altında keçirdiyi və insanların sığınacaqları tərk edə bilmədiyi də qeyd olunub.

Ukrayna ilə Rusiya arasında müharibə altıncı günündə də davam edir. Hələlik heç bir şəhər mərkəzini ələ keçirə bilməyən və Kiyevi işğal etməyə gedən rus qoşunlarının Ukrayna ordusunun böyük müqaviməti ilə üzləşdiyi bildirilir.

Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr