Bolqarıstan Müdafiə naziri dəyişdi

Baş nazir Kiril Petkov parlamentdəki çıxışında 4 partiyalı koalisiya hökumətində komanda şəklində işləyə bilməyən Müdafiə naziri Stefan Yanevin Rusiya-Ukrayna böhranını “müharibə” adlandırmağa özündə cəsarət tapmadığını bildirib

1788002
Bolqarıstan Müdafiə naziri dəyişdi

 

  Bolqarıstanda Draqomir Zakov Rusiya-Ukrayna müharibəsi ilə bağlı tutduğu yersiz mövqeyə görə istefa verməyə məcbur olan Müdafiə naziri Stefan Yanevin yerinə seçilib.

  240 deputatdan ibarət parlamentdə 183 lehinə səslə D.Zakov bu vəzifəyə təyin edilib.

  Diplomatik karyerasında müdafiə və beynəlxalq təhlükəsizlik sahəsində 20 illik təcrübəyə malik olan Draqomir Zakov 2019-cu ildən Bolqarıstanın NATO-da daimi nümayəndəsi çalışır.

  Baş nazir Kiril Petkov parlamentdəki çıxışında 4 partiyalı koalisiya hökumətində komanda şəklində işləyə bilməyən Müdafiə naziri Stefan Yanevin Rusiya-Ukrayna böhranını “müharibə” adlandırmağa özündə cəsarət tapmadığını bildirib. Onun Nazirlər Kabineti ilə məsləhətləşmədən sosial mediada ziddiyyətli paylaşımlar etdiyini söyləyən Petkov "Heç bir nazir təkcə “facebook”da xarici siyasət yürüdə bilməz" deyib.

  Baş nazirin sözlərinə görə, “Hər iki tərəfdən ən azı 3500 insan qurban verilsə və minlərlə bolqar əsilli ukraynalı atəşə tutulsa da, S.Yanevdən başqa bütün Bolqarıstan ictimaiyyəti bunu müharibə adlandırır”.

  Qeyd edək ki, Bolqarıstan mətbuatında bu hadisə "Rusiya-Ukrayna böhranında Bolqarıstanın ilk siyasi qurbanı Müdafiə naziri Yanev oldu" yazılıb.



Әlaqәli Xәbәrlәr