Zelenski: Rusiya bölmələrinin 4500 əsgəri öldürülüb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın fevralın 24-də ölkə ərazisində başladığı hərbi əməliyyatd 4500 rusiya əsgərinin öldürüldüyünü deyib.

1786950
Zelenski: Rusiya bölmələrinin 4500 əsgəri öldürülüb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın fevralın 24-də ölkə ərazisində başladığı hərbi əməliyyatd 4500 rusiya əsgərinin öldürüldüyünü deyib.

Zelenski sosial mediada paylaşım etdiyi yeni videoda son 4 gündə Rusiya hücumlarında 16 uşağın öldüyünü, 45-nin isə yaralandığını bildirib.

4500 rus əsgərinin də öldürüldüyünü bildirən Zelenski rus əsgərlərinə müraciət edib:

"Gedin canını xilas edin. Komandanlarınıça, təbliğatçılarınıza inanmayın. Sadəcə canını qurtarın".

Zelenski Rusiyaya qarşı döyüşmək istəyən və hərbi təcrübəsi olan məhbusları azad etmək qərarına gəldiklərini bildirib.

"Prezidentliyə gedəndə dedim ki, hər birimiz "Prezident"ik. Çünki hamımız dövlətimizə cavabdehik. Gözəl Ukraynamız üçün. İndi də hər birimiz döyüşçüyük və əminəm ki, hər birimiz qalib gələcək. Ukraynaya qələbə!”.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar da "Facebook" səhifəsində Rusiya qüvvələrinin son 4 gündə itkiləri ilə bağlı məlumat paylaşıb.

Rusiya bölmələrinin 5300-ə yaxın əsgər itirdiyini qeyd edən Malyar Ukrayna ordusunun Rusiyaya məxsus 29 təyyarə, 29 helikopter, 191 tank, 816 zirehli texnika, 74 artilleriya və 2 gəmini məhv etdiyini bildirib.

Malyar qeyd edib ki, Rusiya qüvvələri həmçinin bir BUK zenit silahı, 21 “Qrad” reaktiv yaylım atəş sistemi, 291 avtomobil, 60 yanacaq maşını, 5 hava hücumundan müdafiə sistemi və 3 PUA-nı itirib.



Әlaqәli Xәbәrlәr