Rusiya milyarderləri sülhə çağırdılar

İngiltərənin “The Guardian” qəzetində yer alan xəbərə görə...

1787155
Rusiya milyarderləri sülhə çağırdılar

 

  Rusiyanın Ukraynaya hücumuna qarşı çıxan iki rusiyalı milyarder - Mixail Fridman və Oleq Deripaska sülhə çağırıblar.

  İngiltərənin “The Guardian” qəzetində yer alan xəbərə görə, “Letter One” (L1) investisiya şirkətinin sahibi, Ukrayna əsilli rusiyalı milyarder Mixail Fridman “Müharibə heç vaxt cavab ola bilməz” başlığı ilə elektron məktub yayıb.

  Ailəsinin hələ də yaşadığı Lvov şəhərindəki Ukrayna köklərinə toxunan Fridman deyib: "Həyatımın çoxunu Rusiya vətəndaşı olaraq biznesə sərf etdim. Ukrayna və Rusiya xalqlarına dərindən bağlıyam və hazırkı münaqişəni hər ikisi üçün faciə olaraq görürəm.

  Mən Rusiyada və Ukraynada minlərlə əməkdaşım qarşısında məsuliyyət daşıyan bir iş adamıyam. Amma əminəm ki, müharibə heç vaxt cavab ola bilməz. Bu böhran yüz illərdir qardaş olan iki xalqın həyatı bahasına və itkilərə başa gələcək”.

  Dünyanın ən böyük alüminium şirkətləri arasında yer alan “Rusal”ın sahibi Oleq Deripaska da “telegram” mesajlaşma proqramındakı paylaşımında sülh danışıqlarının mümkün qədər tez başlamasına çağıraraq ​​"Sülh çox vacibdir" deyib.

  Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan rusiyalı oliqarx O.Deripaska 2018-ci ildə Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı aparılan istintaqla əlaqədar Amerikanın sanksiya siyahısına salınıb.

  Qeyd edək ki, Rusiya fevralın 24-dən Ukrayna ilə müharibəyə başlayıb.



Әlaqәli Xәbәrlәr