Putin ölkəsinin Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduğunu bildirib

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduqlarını bəyan edib.

1785532
Putin ölkəsinin Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduğunu bildirib

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduqlarını bəyan edib.

Çin prezidenti Si Szinpinlə rusiyalı həmkarı Putinlə telefon danışığı aparıb.

Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüş zamanı iki lider Ukrayna məsələsi ilə bağlı fikir mübadiləsi aparıb, Si Szinpin Rusiya və Ukraynanı problemi danışıqlar yolu ilə həll etməyə çağırıb.

Telefon danışığı zamanı Putin Siyə Ukrayna probleminin tarixi ölçüləri və Rusiyanın Ukraynanın şərqindəki xüsusi hərbi əməliyyatla bağlı mövqeyi və regiondakı vəziyyət barədə məlumat verib.

ABŞ və NATO-nun uzun müddətdir Rusiyanın ağlabatan təhlükəsizlik narahatlıqlarına məhəl qoymadığını, öhdəliklərini yerinə yetirməkdən imtina etdiyini və Rusiyanın strateji qırmızı xətlərini təhdid edərək şərqə doğru genişlənməyə davam etdiyini bildirən Putin Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduqlarını bəyan edib. 

Çin dövlət başçısı Soyuq Müharibə zehniyyətindən imtina edilərək bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqlarının nəzərə alındığı, balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik mexanizminin müzakirə yolu ilə yaradılmasının vacibliyini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiq qalınması, bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsi barədə Çinin əsaslı mövqeyə malik olduğuna işarə edən Si deyib:

"Çin birgə, hərtərəfli və davamlı təhlükəsizlik konsepsiyasının müdafiəsi və mərkəzində BMT-nin olduğu beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamı təmin etmək üçün beynəlxalq ictimaiyyətin bütün tərəfləri ilə işləməyə hazırdır".

Digər tərəfdən, Kreml sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə danışıqlar aparmaq üçün Belarusun paytaxtı Minskə bir heyət göndərməyə hazır olduğunu bildirib.

Peskov jurnalistlərə açıqlamasında Ukrayna prezidenti Vladimir Zelenskinin neytrallıq statusu ilə bağlı danışıqların lehinə bəyanat verdiyini xatırladıb.

Putinin Ukraynaya qarşı hərbi əməliyyatın məqsədinin separatçı hökumətlərə kömək etmək, Ukraynanı nasizm və militarizmdən təmizləmək olduğunu dediyini xatırladan Peskov bunun əslində neytral vəziyyətin ayrılmaz tərkib hissəsi olduğuna diqqət çəkib. 
Peskov “Bu kontekstdə Zelenskinin təklifinə cavab olaraq Putin Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası nümayəndələri səviyyəsində Minskə Rusiya nümayəndə heyəti göndərməyə hazırdır” ifadələrdən istifadə edib.

Qeyd edək ki, Zelenski Rusiya ilə neytrallıq statusu haqqında danışmaqdan çəkinmədiklərini və Putinə “Ölümlərin qarşısını almaq üçün danışıqlar masasına oturaq” mesajı çatdırmışdı.



Әlaqәli Xәbәrlәr