Rusiya Ukraynadakı diplomatik personalını çıxarır

Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı diplomatik personalın tәcili çıxarılması qәrarına gәlindiyini bildirib.

1783338
Rusiya Ukraynadakı diplomatik personalını çıxarır

TRT xәbәr verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Rusiyanın Kiyevdəki səfirliyi ilə yanaşı, Odessa, Lvov və Xarkovdakı konsulluqların 2014-cü ildən bəri hücuma məruz qaldığı irәli sürülüb vә bu sәbәbdәn diplomatların, səfirlik və konsulluqlardakı işçilərin tәhlükәsizliyini tәmin etmәk üçün ölkәdәn çıxarılmaları qәrarına gәlindiyi bildirilib.

Rusiya prezidenti Vladimir Putin ötən gün Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma administrasiyasının tanınması haqqında fərman imzalayıb və qondarma Donetsk ilә Luqansk xalq respublikalarına sülh məramlı  qoşun  yeridib. 



Әlaqәli Xәbәrlәr