Rusiya hərbi təlim keçirəcəyini bildirib

Rusiya sabah ballistik raketlərin də sınaqdan keçiriləcəyi “strateji çəkindirmə” təlimi keçirəcəyini açıqlayıb.

1781034
Rusiya hərbi təlim keçirəcəyini bildirib

TRT-nin Rusiya Müdafiə Nazirliyinin açıqlamasına istinad etdiyi  xəbərə  görə fevralın 19-da Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə hərtərəfli hərbi təlim keçiriləcək. Təlimlərə Aviasiya və Kosmik Qüvvələri, Cənub Hərbi Bölgəsi, Strateji Raket Qüvvələri, Şimal və Qara dəniz donanmaları qatılacaq. Təlim çərçivəsində ballistik və idarəolunan raketlər sınaqdan keçiriləcək. Xəəbərə görə  təlim əvvəldən planlaşdırılıb.



Әlaqәli Xәbәrlәr