Yunanıstan Ukraynadakı vətəndaşlarından ölkədən çıxmalarını istəyib

Yunanıstan öz vətəndaşlarına Ukraynaya səfər etməmələri, Ukraynadakı vətəndaşlarına isə ölkəni dərhal tərk etmələri barədə çağırış verib.

1778360
Yunanıstan Ukraynadakı vətəndaşlarından ölkədən çıxmalarını istəyib

TRT xəbər verir ki bu barədə Yunanıstan Xarici İşlər Nazirliyindən açıqlama yayılıb. Bildirilib ki, Xarici işlər naziri Nikos Dendias, müdafiə naziri Nikos Panayotopoulos, təhsil və dini işlər naziri Niki Kerameos və xarici işlər nazirinin müavini Andreas Kaçanyotisin iştirakı ilə baş tutan yığıncaqdan sonra verdiyi açıqlamada, vətəndaşlarına Ukraynaya səfər etməməkləri və bu ölkədəki vətəndaşlarının isə qısa müddətdə ölkədən çıxmaları barədə çağırış edib. Yunanıstanın Kiyevdəki səfirliyindəki personal sayının minimuma endirildiyini ifadə edən nazir, Mariupoldakı Baş Konsulluğun personalına dəstək veriləcəyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr