Rusiya Qara dənizdə hərbi təlimlərə başlayır

Rusiya Müdafiə Nazirlikdən verilən məlumatda bildirilir...

1777590
Rusiya Qara dənizdə hərbi təlimlərə başlayır

 

  Rusiya Müdafiə Nazirliyi 30-dan çox hərbi gəminin təlimlər üçün Qara dənizə girdiyini açıqlayıb.

  Nazirlikdən verilən məlumatda bildirilir: “Planlaşdırılan təlimlər çərçivəsində Sevastopol və Novorossiysk limanlarından 30-dan çox hərbi gəmi Qara dənizə daxil olub.”

  Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yanvarın 20-də verdiyi açıqlamada Rusiya donanmasının yanvar və fevral aylarında “məsul olduğu” bütün bölgələrdə ardıcıl hərbi təlimlər keçirəcəyi bildirilib.

  Sözügedən təlimlərə 140 gəmidən əlavə 60 təyyarə və 10 min əsgər də qatılacaq.



Әlaqәli Xәbәrlәr