İraq Parlament sədrinin iqamətgahının yaxınlığına raket hücumu olub

İraq Parlamentinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahının yerləşdiyi Ənbarın Gərmə rayonuna raket hücumu nəticəsində 2 mülki şəxs yaralanıb.

1768291

İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən verilən açıqlamada "Məclis sədri Halbusinin doğulduğu Gərmə rayonuna 3 raketlə terror hücumu təşkil edilib. Hücum zamanı yoldan keçən 2 mülki şəxs yüngül şəkildə yaralanıb" ifadəsindən istifadə edilib.

Yerli mətbuatın məlumatına görə, raketlərdən biri Halbusinin iqamətgahı yaxınlığında düşüb.

İraqın Ali Federal Məhkəməsi yanvarın 9-da Məclis sədri seçkilərinin qeyri-qanuni olduğu səbəbilə edilən etirazı rədd edib.

Halbusinin namizəd olduğu prezident seçkilərində İrana yaxın şiə qrupları iştirak etməyib.

Әlaqәli Xәbәrlәr