İran: “ABŞ ilə birbaşa görüşə bilərik”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan nüvə danışıqlarında razılığa gəlinməsinə töhfə verəcəyinə inamlarının güclənməsi halında Amerika Birləşmiş Ştatları (ABŞ) ilə görüşə biləcəklərini bildirib.

1767840
İran: “ABŞ ilə birbaşa görüşə bilərik”

Nazir Abdullahiyan, Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzi tərəfindən paytaxt Tehranda təşkil edilən “İran və Qonşuluq” konfransında etdiyi çıxışında bu barədə danışıb. Nüvə danışıqlarına və ABŞ ilə planlaşdırılan birbaşa görüş mövzusuna münasibət bildirib. ABŞ-ın müxtəlif vasitələrlə İranla birbaşa danışıqlar aparmaqda hazır olduğuna dair mesajlar verdiyini xatırladan nazir Abdullahiyan: “Danışıqlar prosesində amerikalılarla görüşün yüksək təminatlı güçlü razılaşma əldə edilməsinə töhfə verəcəyi inamı ortaya çıxarsa, belə bir görüşdən imtina etmərik. Danışıqlarda daha mühüm qərarlar qəbul etməğin vaxtının gəlib çatdığı müşahidə olunur”.



Әlaqәli Xәbәrlәr