Benni Qantz koronavirusa yoluxub
İsrailin müdafiə naziri Benni Qantz yeni növ koronavirusa (Covid-19) yoluxub.
1766328
Koalisiya hökumətindəki Mavi-Ağ Alyansının lideri Qantz, öz sosial media hesabında paylaşdığı açıqlamada Covid-19-a tutulduğunu bildirib.
Qantz yazısında: “Covid-19 testim müsbət olub. Peyvənd olunduğum üçün özümü yaxşı hiss edirəm. Bir müddət evdən işləyəcəm. Sağlam qalın, təlimatlara əməl edin və peyvənd olun”.