İran ilə Rusiya arasında ticari əməkdaşlıq gücləndirilir

İranın prezidenti İbrahim Rəisi dünən  Moskvaya  reallaşdırdığı rəsmi səfər çərçivəsində Rusiya prezidenti Putinlə görüşüb.

1765646
İran ilə Rusiya arasında ticari əməkdaşlıq gücləndirilir

İranın prezidenti İbrahim Rəisi ölkəsinin Rusiya bazarındakı payının arta biləcəyini və iki ölkənin müvafiq rəsmilərinin bu mövzuda həmfikir olduqlarını bildirib.

TRT xəbər verir ki, İranın prezident administrasiyasından bu barədə məlumat yayılıb. Bildirilib ki, Rəisi Rusiyaya səfəri çərçivəsində paytaxt Moskvadakı iranlılarla bir araya gəldiyi iclasda iki ölkə arasındakı əlaqələrə  münasibət bildirib. Rusiya prezidenti Vladimir Putinlə görüşü barədə məlumat verib: “Rusiya bazarında İranın payı arta bilər. Rusiya prezidenti Putin də bu barədə müsbət fikir  bəyan edib və  iki ölkə arasındaki əməkdaşlığı gücləndirmək üçün problemlər və maneələrin aradan qaldırılması barədə İranla mütabiq  olduğunu vurğulayıb”.



Әlaqәli Xәbәrlәr