Avropa İttifaqı İsrailә çağırış edib

Avropa İttifaqı (Aİ) İsraildən fələstinliləri evlərindən çıxarmaq, evləri sökmək və qeyri-qanuni yeni yaşayış məskənlər tikmək fəaliyyətlərini dayandırmasını istəyib.

1765500
Avropa İttifaqı İsrailә çağırış edib

TRT xəbər verir ki, bu barədə Aİ-nın Xarici Əlaqələr Xidmətindən açıqlama yayılıb. Bildirilib ki, İsrailin Şərqi Qüdsün Şeyx Cərrah və Silvan məhəllələrində yaşayan fələstinlilərin on illərdir evlərindən təxliyəsini davam etdirməsi, bölgədəki gərginliyi artıracaq və Şərqi Qürds də daxil olmaqla, İordan çayının qərb sahilində təxribatın daha da artmasına gətirib çıxaracaq.

17 Yanvarda İsrailin işğal altındakı Şərqi Qüdsdəki torpaqları da əhatə edən “Aşağı Su Kemeri Planı” çərçivəsində Har Homa ilə Givat Hamatos arasında 1450-dən çox yeni məskən tikmək qərarına gəldiyi xatırladılan açıqlamada: “Aİ İsraili Qüdsün hər iki dövlətin gələcək paytaxtı olması ehtimalını daha da sarsıdacaq sözmövzusu plandan imtina etməyə və məskunlaşma fəaliyyətlərini dayandırmağa çağırır. Yaşayış məntəqələrinin genişləndirilməsi, sökülməsi və köçürülmə cəhdləri beynəlxalq hüquqa zidd və qeyri qanunidir. Belə addımlar gərginliyi artırır. İki dövlətli həll yolu və daimi sülh ümidlərini azaldır. Alyans sülh prosesinə uzanan yolun yenidən açılması üçün lazımlı dəstəyi verməkdə hazırdır”.

Qeyd edək ki, İsrail beynəlxalq reaksiyalara baxmayaraq, Şərqi Qüdsdə, xüsusən Şeyx Cərrah və Silvan məhəllələrində yəhudi məskənlərini genişləndirmək üçün fələstinlilərin evlərini sökməyə davam edir.



Әlaqәli Xәbәrlәr