Taliban nümayəndə heyəti İranda səfərdə olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Taliban administrasiyasının xarici işlər nazirinin müavini Emirxan Müttəqi ilə görüşüb.

1760011
Taliban nümayəndə heyəti İranda səfərdə olub

İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş Müttəqinin iqtisadi və siyasi rəsmilərdən ibarət heyətlə danışıqlar aparmaq üzrə paytaxt Tehrana səfəri zamanı baş tutub. Bildirilir ki, Abdullahiyan görüşdə Əfqanıstanda geniş iştiraklı hökumətin qurulmasına toxunub və Əfqanıstan xalqına humanitar yardımları davam etdirəcəklərini bildirib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Əfqanıstandakı siyasətini tənqid edən Abdullahiyan bəyan edib ki, Vaşinqton administrasiyası tərəfindən bloklanan əfqan maliyyə aktivləri humanitar xərclər və iqtisadi böhranın həlli üçün sərbəst buraxılmalıdır. 1998-ci ildə İranın Məzari-Şərif konsulluğunda vəzifəli 9 iranlı diplomatın qətlə yetirildiyini xatırladan Abdullahiyan, Talibandan tələb edib ki, diplomatik nümayəndəkilkərin təhlükəsizliyi ilə bağlı üzərinə düşən məsuliyyəti yerinə yetirsin.

Əfqan nümayəndə heyəti isə ABŞ-ın DEAŞ terror təşkilatı və narkotik qaçaqmalçılığına qarşı mübarizələrinin davam etdiyinə diqqət çəkib və ABŞ-nın ölkələrinə dair izlədiyi siyasəti pisləyib. Bildirilib ki, görüş zamanı iki ölkə arasında su problemi də müzakirə edilib və bu məsələ ilə bağlı ekspert qruplarının görüşünün keçirilməsi qərara alınıb.



Әlaqәli Xәbәrlәr