Səudiyyə Ərəbistanı İranın nüvə sazişi danışıqlarındakı mövqeyinə münasibət bildirib

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl İbn Ferhan, İranın Vyanada davam edən nüvə razılaşmasına dair danışıqlardakı mövqeyinin nikbin olmadığını bildirib.

1747806
Səudiyyə Ərəbistanı İranın nüvə sazişi danışıqlarındakı mövqeyinə münasibət bildirib

TRT-nin Səudiyyə Ərəbistanının rəsmi televiziya kanalına  istinad etdiyi xəbərə görə Ferhan Ər-Riyadda keçirilən 42-ci Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Zirvə Toplantısından sonra  təşkil etdiyi mətbuat konfgransında  bu barədə  danışıb: “KƏŞ ölkələri Vyana danışıqlarını (İranın nüvə proqramı) izləyir. Biz də bildirdik ki, nüvə proqramı ilə ən çox təhdid altında olan ölkələr olduğumuz üçün danışıqlarda iştirakımız doğru qərar olar. Aldığımız məlumatlara  görə İran danışıqlarda qətiyyətli mövqe tutur. Bir çox mövzuda geri addım atır. Bu da şübhəsiz narahatlıq doğurur. Vyana danışıqlarının uğurlu olmasını, bölgədəki böhranın azalmasına töhfə verəcək  razılaşma ilə nəticələnməsini arzulayırıq” -deyə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl İbn Ferhan bildirib.



Әlaqәli Xәbәrlәr