Nüvə müzakirələrinin yeddinci raundu bu gün başlayır

İyun ayında dayandırılan nüvə müzakirələrinin yeddinci raundu bu gün başlayır.

1739912
Nüvə müzakirələrinin yeddinci raundu bu gün başlayır

İran ilə nüvə sazişinin tərəfdarları arasında sazişin canlandırılması və Amerika Birləşmiş Ştatlarının (ABŞ) sazişə qaytarılmasının müzakirə edildiyi, lakin iyun ayında dayandırılan nüvə müzakirələrinin yeddinci raundu bu gün başlayır.

İran, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (4+1) ilə nüvə razılaşmasının tərəfdarları Avropa İttifaqının (Aİ) koordinasiyası ilə Avstriyanın paytaxtı Vyanada başlayacaq danışıqlara qatılacaq.

2018-ci ildə razılaşmadan birtərəfli qaydada çıxmış ABŞ isə danışıqlarda vasitəli iştirak edəcək. ABŞ İranla birbaşa görüşmək istəsə də, Tehran administrasiyası razılaşmaya yenidən qayıdana qədər Vaşinqtonla birbaşa danışmaqdan imtina edir.

ABŞ İranın sazişdəki öhdəliklərinə qayıtmasını istəsə də, Tehran nüvə sazişindən çıxan tərəf kimi ilk növbədə Vaşinqtondan sazişə qayıtmasını və sanksiyaları qaldırmasını və bir daha sazişdən çıxmayacağına dair zəmanət istəyir.



Әlaqәli Xәbәrlәr