İran-BƏƏ münasibətlərinin inkişafına dair yeni addımlar atılır

İranın xarici işlər nazirinin müavini Əli Baqeri bu barədə məlumat verib: “Rəsmi Tehran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ikitərəfli münasibətlərdə yeni səhifə açmaq mövzusunda razılaşıb”.

1738408
İran-BƏƏ münasibətlərinin inkişafına dair yeni addımlar atılır

İranın xarici işlər nazirinin müavini Əli Baqiri  sosial media hesabında verdiyi açıqlamada BƏƏ-nə səfəri çərçivəsində baş tutan görüşlərə  toxunub.

BƏƏ prezidentinin siyasi əlaqələr üzrə müşaviri Ənvər Qarqaş və dövlət naziri Xəlifə Şahin əl-Mararla görüşdüyünə diqqət çəkib. İran-BƏƏ münasibətlərində yeni səhifə açmaq mövzusunda  razılaşdıqlarını vurğulayıb.

Qeyd edək ki, BƏƏ-nin rəsmi xəbər agentliyi VAM da Baqerinin BƏƏ-nə səfəri  zamanı Qarqaş və Mararla keçirdiyi görüşlərdə ortaq maraqlar çərçivəsində mehriban qonşuluğa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mövzusunda mütabiq qalındığına diqqət çəkib.



Әlaqәli Xәbәrlәr